Şəmkirdə tikintisi başa çatmayan ev yanıb

Şəmkir rayonunun Şiştəpə kəndində ümumi sahəsi 320 m² olan
kürsülü, tikintisi başa çatmayan birmərtəbəli evin yanar
konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: