Şəmkirdə şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Şəmkir rayonu, Kür qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əlnağıyev İlkin İsmixan oğluna məxsus “Kür” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə AzerTimes-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Twitter: @cingizsafarli

Teqlər: