Şəmkirdə keçmiş məhkum qətl törədib

Şəmkir sakini küçədə keçmiş məhkum tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Şəmkir
Rayon Polis Şöbəsinə aprelin 8-də saat 19 radələrində Qədimqala
kəndi ərazisində şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə
xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil
olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Daşkəsən
rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə
zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr
müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov şübhəli şəxs
qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: