İspaniya çempionatının bir oyunu ilk dəfə “TikTok”da yayımlanacaq

İspaniya Futbol Liqasının “TikTok” sosial şəbəkəsi ilə əldə
etdiyi razılaşmaya əsasən, ilk dəfə olaraq İspaniya çempionatının
matçları “TikTok”da yayımlanacaq.

Trend-in
məlumatına görə, matçlar yalnız İspaniya ərazisində əlçatan
olacaq.

Sosial şəbəkədə yayımlanacaq ilk matç aprelin 15-də keçiriləcək “Real Sosyedad”-“Real Betis” oyunu olacaq.

Bu görüşdən sonra gələcəkdə də matçların “TikTok”da yayımlanması
nəzərdə tutulur.

Teqlər: