Şəmkirdə “Azərişıq” əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Prokurorluq Şəmkirdə “Azərişıq” əməkdaşının ölümü ilə bağlı
məlumat yayıb.

Şəmkir rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş
görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq”
ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin
ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində
yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində
elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması
nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin
162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər: