Bakı-Sumqayıt yolunda tıxac var, avtobuslar gecikir (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Hazırda Bakı-Sumqayıt şosesində-Xırdalan dairəsi istiqamətindən
başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına
qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bu barədə Trend
Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37,
65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut
xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə
olunur”, – məlumatda deyilir.

Teqlər: