Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanıldı

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

Teqlər: