Şəmkir polisindən əməliyyat: saxlanılanlar var

Şəmkir polisindən əməliyyat: saxlanılanlar var

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.

DİN-dən AzerTimes-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində Elşən Əsgərov, Pərviz Əliyev, Vasif Nəsibzadə və Aqil Alıyevdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Məmmədov, Ülfət Məhəmmədli və Emin Tağıyevin fərdi yaşayış evlərinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdikləri müxtəlif ölçüdə və çəkidə narkotik xassəli çətənə – kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Teqlər: