Şəmkir bazarında kababxana yandı

Şəmkir bazarında kababxana yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən bazarların birində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Hidayət Namiq oğlu Cəfərova məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konusturuksuyalardan ibarət kababxanada anidən yanğın olub.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Teqlər: