Səmərqəndə uçuşlar başladı

Səmərqəndə uçuşlar başladı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

AzerTimes-ın verdiyi xəbərə görə, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.

Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə – Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

Qeyd edək ki, Səmərqəndə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Teqlər: