Səmərqənddə Güneylə bağlı “nöqtə atışı” – Əsgəri

Səmərqənddə Güneylə bağlı “nöqtə atışı” – Əsgəri

Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı zamanı Azərbaycanın sərhədlərindən kənarda yaşayan 40 milyon soydaşımızın taleyi haqqında dediyi fikirlər əsl nöqtə atışıdır. Ölkə başçısının sözləri hələ uzun müddət həm Azərbaycanın, həm türk dünyasının, həm dünya ictimaiyyətinin, həm də rəsmi Tehranın gündəmində olacaq.

Bu sözləri AzerTimes-a açıqlamasında İran üzrə ekspert Kərim Əsgəri deyib.

Ekspert artıq Cənubi Azərbaycan məsələsinin İranın daxili məsələsi olmaqdan çıxdığını və beynəlxalq gündəmə daşındığını vurğulayıb:

“Prezident öz çıxışında türk dünyasının yalnız TDT-yə üzv olan ölkələrdən ibarət olmadığını vurğuladı və sonra ad çəkməsə də, dolayı yolla İranın assimilyasiya və diskriminasiya siyasətinə məruz qalan Cənubi Azərbaycandakı 40 milyon soydaşımızın hazırkı durumuna diqqəti yönəltdi”.

Ekspert İlham Əliyevin çox rasional və yerində çıxış etdiyini vurğulayıb:

“Hazırda soydaşlarımız da sosial şəbəkələrdə İlham Əliyevin çıxışını alqışlayır və təqdir edirlər. Bu çıxış tarixdə qalacaq, Bütöv Azərbaycan məfkurəsinə öz töhfəsini verəcək və İranla münasibətlərdə yeni mərhələnin başlamasına səbəb olacaq. Prezidentin çıxışı Cənubi Azərbaycanda demək olar ki, bütün imperativ hüquqlarından məhrum edilən soydaşlarımızın hazırkı məqamda inamını və qətiyyətini artıracaq”.

Teqlər: