Səmədova bu xəstəxanaya direktor təyin olundu

Səmədova bu xəstəxanaya direktor təyin olundu

Şirinxanım Vaqif qızı Səmədova Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.

Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.

Teqlər: