Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi

Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi

“Real”ın yarımmüdafiəçisi Arda Gülər klubdakı gələcəyi ilə bağlı qərar verib.

AzerTimes xəbər verir ki, futbolçu ​​növbəti mövsümdə komandada qalmaq və əsas heyətdə yer almaq üçün mübarizə aparmaq qərarına gəlib.

Buna baxmayaraq, türk yarımmüdafiəçinin 1 illik icarə əsasında Avropa klublarından birinə getməsi ehtimalı hələ də qalmaqdadır.

Qeyd edək ki, ​​ötən yay “Fənərbağça”dan “Real”a keçən Gülər, bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

Teqlər: