Səməd Vurğunun nəticəsi Parisdə konsert verdi

Səməd Vurğunun nəticəsi Parisdə konsert verdi

Beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilov Parisdə konsert keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası məlumat yayıb.

Konsert Fransa paytaxtında yerləşən “Ecole Normale de Musique de Paris” (ENMP) konservatoriyasının məşhur “Salle Cortot” zalında baş tutub. Vurğun Vəkilov çıxışı zamanı Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayev və Modest Musorqskinin əsərlərini ifa edib.

Qeyd edək ki, 23 yaşlı Vurğun Vəkilov “Ecole Normale de Musique de Paris” Konservatoriyasının məzunudur. Həmçinin o, prezident təqaüdçüsüdür və 2009-cu ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na ​​daxil edilib.

Teqlər: