“Şell” İrəvanda ilk yanacaqdoldurma məntəqəsi açdı

“Şell” İrəvanda ilk yanacaqdoldurma məntəqəsi açdı

Ermənistanda “Şell” ticarət markasının ilk yanacaqdoldurma məntəqəsi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yanacaqdoldurma məntəqəsinin açılışında iştirak edib.

“Şell”in Ermənistandakı qanuni nümayəndəsi “Royal Oyl” MMC-dir. Bildirilib ki, 5 illik strategiya çərçivəsində Ermənistanın müxtəlif yerlərində 25 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, Britaniya-Niderland şirkəti olan “Şell” dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.

Teqlər: