Parisin bu rayonlarında komendant saatı tətbiq edildi

Parisin bu rayonlarında komendant saatı tətbiq edildi

Nanterdəki iğtişaşlardan sonra Paris bölgəsinin bir neçə kommunasında komendant saatı tətbiq olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Le Fiqaro” nəşri məlumat yayıb.

Məlumata görə, komendant saatı Kompeyn, Nöyyi-sür-Marn, Savini-lö-Tampl, Qarj-lö-Qones kommunalarının səlahiyyətliləri tərəfindən tətbiq edilib.

Paris prefekturasının polisi ictimai asayişə nəzarət etmək üçün PUA-lardan istifadə edir.

Qeyd edək ki, Fransada iğtişaşlar iyunun 27-də Parisin Nanter ətrafında polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra başlayıb.

Teqlər: