Səlim Müslümovun səhhətində problem yarandı, müalicə müəssisəsinə köçürüldü

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümovun səhhətində ciddi problem yaranıb.

AzerTimes-ın məlumatına görə, sabiq nazir Dövlət Təhlükəsizliyi
Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi
əməliyyatla həbs olunub.

O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü
maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən
şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: