Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

AzerTimes xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə üçün Rəbbimizə şükürlər olsun!”, – deyə paylaşımda qeyd edilir.

Teqlər: