Səlcuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat verib (FOTO/VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edib.

AzerTimes-ın məlumatına görə, Türkiyədə pilotsuz uçuş aparatları (PUA) üzrə təlim keçmiş 77 azərbaycanlı hərbçiyə sertifikat təqdim olunub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.


Qeyd edək ki, “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimləri artıq 4 ay idi ki həyata keçirilirdi.

Teqlər: