Səlahəddin Dəmirdaş gözlənilməz: Siyasətdən uzaqlaşdı

Səlahəddin Dəmirdaş gözlənilməz: Siyasətdən uzaqlaşdı

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş aktiv siyasətdən uzaqlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

“Xalqımıza layiq bir siyasət irəli sürə bilmədiyim üçün səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları öz əməli səylərimlə düzəldəcəyəm.

Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi müqavimətlə mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram”, – S.Dəmirdaş qeyd edib.

Teqlər: