Şəkidə yetkinlik yaşına çatmayan şəxs adam öldürdü

Şəkidə yetkinlik yaşına çatmayan şəxs adam öldürdü

Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzerTimes-a Şəki Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Teqlər: