Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər
verir ki, Şəki şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər
mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli evin yanar
konstruksiyaları və bitişik, ümumi sahəsi 260 kvadratmetr (hər
mərtəbəsi 130 kvadratmetr) olan ikimərtəbəli evin dam örtüyü 15
kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü
Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər
tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan
hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.