Şəkidə “Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda tədbirlər keçirilib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər 3 və 5
saylı tam orta məktəblərdə müəllim və şagirdlərin iştirakı ilə
“Uşaqların hüquq və vəzifələrinə dair məlumatlılıq səviyyəsinin
artırılması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov əvvəlcə
iştirakçılara qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Ombudsman
Səbinə Əliyevanın təbrikini çatdırıb.

Tədbirlərdə iştirakçılara BMT-nin “Uşaq Hüquqları
Konvensiyası”nın, “Uşaq Hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununun və digər qanunvericilik aktlarının
müddəaları, həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair
2020-2030-cu illər üçün Strategiyası”nın məqsədi və prioritet
istiqamətləri barədə məlumat verilib.

Çıxış zamanı uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas
fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb və bu sahədə
görülən işlər diqqətə çatdırılıb.

Teqlər: