Şəkidə TIR dərəyə aşdı – Foto

Şəkidə TIR dərəyə aşdı – Foto

Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində TIR qəzaya uğrayaraq dərəyə aşıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: