Xəbər - Çingiz Səfərli – Trend:
Şəkidə qənnadı məhsulları istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, Şəki şəhəri, Oğuz şosesində fəaliyyət göstərən Məhərrəmov Eldəniz Təhməz oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Yoxlama zamanı müəssisədə ayrıca anbarın təşkil edilmədiyi, xammal üçün istifadə edilən məhsulların istehsal sahəsində divara bitişik şəkildə saxlanıldığı, işıqlanmada istifadə olunan lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Twitter: @cingizsafarli