Şəkidə qadını intihar həddinə çatdıran şəxs həbs edildi

Şəki rayonunda qadının intihar etməsinə səbəb olan şəxs həbs
edilib.

Şəki rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, mayın
8-i saat 22 radələində Şəki rayon sakini olan qadın yaşadığı fərdi
yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar
etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə
cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini olan
kişi həmin qadına məxsus rüsvayedici foto və məlumatları yayacağı
ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə
çatdırıb.
17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi
ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: