Şəkidə minik avtomobili ağaca çırpılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki şəhərinin Qırxbulaq kəndində “VAZ” markalı minik avtomobilinin ağaca çırpılması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: