Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə
aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakinləri Rinat Zamanov və Tural
Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün
onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub.
Buna baxamayaraq həmin şəxslərin yaşadıqları ünvanları tərk
etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları
müəyyən edilib. Polis əməkdaşları tərəfindən onlar evlərinə geri
qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları
məlumatlandırılıb.

Hər iki şəxs barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

Teqlər: