Əfqanıstanda terror aktı nəticəsində ölən və yaralılar var

Əfqanıstanın qərbində yerləşən Badqis əyalətində məscidin
qarşısında partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər
ölüb, 14 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
əyalətin səhiyyə idarəsinin başçısı Məhəmməd Asif Qanet
bildirib.

Rəsmi əlavə edib ki, yaralananlar arasında dörd uşaq da var.


Badqis əyalətinin İnformasiya və Mədəniyyət departamentinin
rəhbəri Baz Mohammad Sarwari partlayış xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, teraktı törətməkdə şübhəli bilinən 10 nəfər
həbs edilib, lakin heç bir qruplaşma partlayışa görə məsuliyyəti
üzərinə götürməyib.

Teqlər: