Şəkidə evdə partlayış: ana və 2 azyaşlı övladı xəsarət aldı

Şəkidə evdə partlayış: ana və 2 azyaşlı övladı xəsarət aldı

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı​ Göynük​ kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü​ Şəlalə​ Nəsib qızı Yusifova və onun 2 azyaşlı övladı – 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı​, eyni zamanda 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı​ ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: