Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova və onun 2 azyaşlı övladı – 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı, eyni zamanda 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.