Şəkidə 2 maşın toqquşdu, biri çaya düşdü – Foto

Şəkidə 2 maşın toqquşdu, biri çaya düşdü – Foto

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Volskvagen Bora” markalı avtomobillə “Hunday” markalı avtomobil toqquşub.

Daha sonra “Volskvagen Bora” markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: