Şəki və Zaqatalada fitosanitar monitorinqlər keçirilib

Xəbər - Çingiz Səfərli – Trend:

Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Şəki və Zaqatala rayonlarında yerləşən xurma bağlarında və parklarda monitorinqlər keçirilib.

Bu barədə AzerTimes-a AQTA-dan bildirilib.

Məlumata görə, monitorinqlər zamanı qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən keçməsinin vacibliyi barədə bağ sahiblərinə maarifləndirici məlumatlar verilib, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb.


Twitter: @cingizsafarli

Teqlər: