Göyçayda şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olundu

Xəbər - Çingiz Səfərli – Trend:

Göyçay şəhəri, Heydər Əliyev prospekti 97 ünvanında yerləşən fiziki şəxs Novruzov Çingiz Faiq oğluna məxsus “Nar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən şənlik mərasiminin 200 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Teqlər: