Xəbər - Fərid Zöhrabov – Trend:
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Rasim Musayev müraciət edərək müvafiq sənədləri olmayan ov tüfəngini və avtomat silahına məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.