Rusiyalı yazıçı Albert Lixanov vəfat edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyalı ictimai xadim və uşaq yazıçısı Albert Lixanov vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın İctimai Palatası bildirib.

Yazıçı 87 yaşında dünyasını dəyişib. A.Lixanov 1992-ci ildə Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti olub. O, eyni zamanda Rusiya Uşaq Fondunun təsisçisi və rəhbəri olub.


O, “Mənim generalım”, “Labirint”, “Yalan” və digər əsərlərin müəllifidir.

Albert Lixanov 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Teqlər: