Şəki sakini güllələnərək öldürüldü

Xəbər - Samir Əli – Trend:

Şəkidə güllələnmə hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı
il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan
Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə
təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan
N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.


Hazırda istintaq tədbirləri davam etdirilir.

Teqlər: