Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim – Vaksinasiyadan keçən müəllim – FOTO

Xəbər - İlhamə İsabalayeva – Trend:

Şəkər xəstəliyi və yüksək qan təzyiqinə baxmayaraq, vaksin vurdurmaq istəyirdim və vaksinasiya zamanı da heç bir həyəcan keçirmədim.

Bunu AzerTimes-a Xətai rayon 25 saylı məktəbin müəllimi Nazlı Maqsudova deyib.

Onun sözlərinə görə, risk qrupuna daxil olan insanlar vaksinasiyaya daha tez cəlb olunsa, yaxşı olar.

N.Maqsudova vaksinin ilk dozasını bu gün vurdurduğunu, 28 gündən sonra ikinci dozasının vurulacağını da söyləyib:

“Özümü çox yaxşı hiss edirəm. Güman edirəm ki, yaxşı da olacaq. Biz müəllimlər şagirdlərlə təmasda olduğumuza görə, vaksin vurdurmaq bizim üçün daha vacibdir. Tövsiyə edərdim ki, əks göstərişləri olmayan şəxslər vaksin vurdursunlar”.

Teqlər: