Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.
AzerTimes xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb – 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.
Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.