ABŞ: Lazım gəldikdə dialoq aparacağıq!

ABŞ: Lazım gəldikdə dialoq aparacağıq!

Amerika Birləşmiş Ştatları administrasiyası lazım gəldikdə Rusiya hakimiyyəti ilə dialoq aparacaq.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində keçirdiyi mətbuat konfransında deyib.

“Biz açıq şəkildə bildirdik ki, nə vaxt Rusiya ilə əlaqə saxlamaq üçün vacib olan bir şey varsa, biz bunu edəcəyik. Və biz bunu etdik. Mənim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla öz təhlükəsizliyimiz üçün vacib olan konkret məsələləri müzakirə etmək imkanım oldu. O cümlədən, müdafiə naziri, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi rusiyalı həmkarları ilə danışıblar”- deyə, o bildirib.

Ukraynadakı vəziyyətə gəlikdə, Blinken bildirib ki, hər şey Rusiyanın mənalı diplomatiya ilə məşğul olmaq istəmədiyini, əksinə, əks istiqamətdə fəaliyyət göstərməkdə davam etdiyini göstərir.

Teqlər: