Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ilk yarımfinal görüşünə heç-heçə ilə başlayıb

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Almaniyanın
paytaxtı Berlində keçirilən FIDE Qran-Prisinın III mərhələsində ilk
yarımfinal görüşünü keçirib.

Trend xəbər verir ki, ABŞ təmsilçisi Hikaru Nakamura ilə
qarşılaşan Ş.Məmmədyarov 30-cu gedişdə heç-heçəyə razılaşıb. Cavab
qarşılaşması martın 31-də keçiriləcək.

Qeyd edək ki, yarışın əsasnaməsinə görə, yarımfinal və final iki
oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin
nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları
qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.

Qrup oyunlarının yekununa əsasən, iyun ayında İspaniyanın
paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan
son iki şahmatçının adı məlum olub. Belə ki, hazırkı turnir
cədvəlinə ümumi hesabda liderlik edən macarıstanlı Riçard Rapport
və ABŞ təmsilçisi Hikaru Nakamura Qran-Prinin son mərhələsinin
nəticələrindən asılı olmayaraq artıq iddiaçılar turnirinə
vəsiqələrini təmin ediblər.

Teqlər: