Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri
seriyasının üçüncü mərhələsi start götürür.
Trend xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar
Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner
Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent
Keymerlə mübarizə aparacaq.
Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edəcək.
Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları
qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki
şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.