Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni
yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat
edib.

İndiyədək ölkədə ümumilikdə 791 511 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 057
nəfər müalicə olunaraq sağalıb 9 659 nəfər vəfat edib, aktiv xəstə
sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqəda 2 506, ötən müddət ərzində isə ümumilikdə 6 668 546
test aparılıb.

Teqlər: