Şəhriyar dünya çempionunu məğlub etdi

Şəhriyar dünya çempionunu məğlub etdi

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.

AzerTimes xəbər verir ki, ötən gün turnir çərçivəsində 3 turun oyunları baş tutub. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 4-cü turda bolqarıstanlı Veselin Topalovla heç-heçə etsə də, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşmasını qələbə ilə başa vurub. Günün son oyununda isə şahmatçımız Fransanı təmsil edən Alireza Firuzcaya uduzub.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.

Teqlər: