“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli
Fərmanının 1-ci bəndinin icrası məqsədilə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası
Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı
iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açaraq səhiyyə
sektorunun davamlı inkişafının təmin edilməsinin ölkə rəhbəri
möhtərəm cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində
olduğunu bildirib.

Bu baxımdan, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta
sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın
və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf
etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.

Sonda tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü
Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilmiş və
növbəti iclasda Fərmanda nəzərdə tutulduğu kimi, aidiyyəti dövlət
qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas
komponentlərin müzakirəsinə qərar verilib.

Teqlər: