“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılır

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq
fərman imzalayıb.

Fərmanda deyilir: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın
təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın
artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə
dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət
orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri
və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi”
işçi qrupunu yaratsın”.

Teqlər: