Səhiyyə Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib (FOTO)

Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom
Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
keçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə veirlən məlumata görə, qonaqları
salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan
ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt
üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr,
ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz
arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının
qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

Bildirilib ki, ölkələrimiz arasında səhiyyə sahəsində də uğurlu
əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv
radiologiya, transplantologiya və digər sahələrində çalışan
mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə
tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil
olunur.

İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr
üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə
elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla
inkişafına ümid etdiyini bildirib.

Teqlər: