Səhiyyə naziri Türkiyədə müalicə alan qazilərimizi ziyarət edib

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 17 maydan başlayan iki
günlük Türkiyə səfəri davam edir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu gün səhiyyə naziri
Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi
zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən
qazilərimizi ziyarət ediblər.

Teymur Musayev Prezident İlham Əliyevin vətəndaşların
sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı
göstərdiyini vurğulayıb: “Şəhid ailələri və qazilərə diqqət və
qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini
yazıldığını qeyd edən nazir böyük Qələbənin şəhidlərimizin qanı
bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı
hesabına qazanıldığını vurğuladı: “Vətən müharibəsində sizlər əsil
qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz.
Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın
yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün
türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir.
İnanıram ki, tezliklə sağalıb vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə vətənə qayıtdıqdan sonra
müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə
biləcəklərini qeyd edib.

Teqlər: