Əfqanıstanda 200 nəfər naməlum infeksion xəstəliyə yoluxub

Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum
infeksion xəstəliyə yoluxub.

Trend-in
məlumatına görə, bunu əyalətin səhiyyə şöbəsinin rəhbəri
bildirib.

Qeyd olunur ki, onlarla şəxs xəstəxanalara yerləşdirilib.
Onlardan bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.

Səhiyyə şöbəsinin rəhbərinin sözlərinə görə, xəstələrin dəqiq
diaqnozu müəyyən olunmasa da, xəstəliyin simptomları vəbaya
bənzəyir.

Yerli həkimlər hesab edir ki, kütləvi yoluxmanın səbəbi əhalinin
gigiyena qaydalarına əməl etməməsidir.