Şəhid Turan Məhərrəmov Zaqatalada dəfn edildi

Şəhid Turan Məhərrəmov Zaqatalada dəfn edildi

Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, rayonun Qımır kəndində doğulub boya-başa çatan Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Turan Tural oğlu Məhərrəmov doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov sentyabrın 13-də düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. T.Məhərrəmov nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.

Teqlər: